veb saytlarin hazirlanmasi

Veb Sayt və Mobil Tətbiq

Veb-sayt bir çox funksiyaya malikdir. Sayt ilk öncə internet şəbəkəsində şirkətinizin təsviridir, vizit kartıdır. Vebsayt, şirkətiniz haqqında məlumat toplamaq üçün, məhsullarınız, portfolio, xidmətləriniz, müxtəlif biznes sahələrinə yanaşma tərziniz və s. haqqında təsəvvür yaratmaq üçün informasiya platformasıdı. Veb-saytın olması ilk növbədə potensial müştərilərdə şirkətin etibarlılığı barədə müsbət fikir formalaşdırır. Saytda, həmçinin, şirkətin fəaliyyəti ilə bağlı məlumatlar da yerləşdirilə bilər.

Səmərəli şəkildə hazırlanan saytlar bir çox vəzifələri yerinə yetirmək üçün əhəmiyyətli rol oynayır. Saytda dinamiklik və interaktivlik artırıldıqca virtual ofis, media mərkəz, onlayn mağaza kimi bir funksiyanı həyata keçirir. Fərdi saytı daim təkmilləşdirmək və funksionallığını artırmaq mümkündür. Həftədə 7 gün, 24 saat istənilən zaman müştərilər sayta daxil olaraq, istədikləri məlumatları tez bir zamanda əldə edə bilərlər. Və saytınızdakı əlaqə vasitəsilə sizinlə daha asan əlaqə yarada biləcəklər.


Vebsaytlar növünə görə iki yerə ayrılır:

  • İndividial (Fərdi) - unikal dizayn, texniki tapşırıq əsasında sıfırdan yığılan sayt, admin-panel və tam təhlükəsiz
  • Şablonlu - hazır CMS və Dizayn, minimum iş və xərc


Vebsaytlar istiqamətlərinə görə isə bir neçə tiplərə bölünür:

  • Vizitka tipli saytlar
  • Landing Page (Bütün məlumatlar bir səhifədə yerləşir)
  • Korporativ saytlar (Şirkətlər üçün)
  • İnternet Mağaza (Onlayn)
  • İnformasiya, Xəbər və Blog tipli saytlar
  • Portal saytlar
  • Tematik saytlar
  • Kataloq tipli elan saytları
  • Video hosting tipli saytlar
  • Axtarış sistemli saytlar
  • Oyun və statistik saytlar


Fərdi Vebsaytın hazırlanması "Texniki Tapşırıq" əsasında mərhələli şəkildə həyata keçirilir. Mərhələləri aşağıdakı siayhıda ətraflı görə bilərsiniz:

  1. Veb-Dizayner tərəfindən individual dizayn hazırlanır, müştəri tərəfindən təsdiqlənir və ya redaktə olunur
  2. Koder tərəfindən kodlaşdırma (html kəsim) həyata keçirilir
  3. Proqrammist tərəfindən proqramlaşdırma (admin-panel) edilir
  4. Sonda Kontent-Menecer tərəfindən saytın material yığımı baş verir
  5. Yekunda vebsayt müştəriyə tam hazır və işlək vəziyyətdə təhvil verilir.


Mobil və ya adaptiv versiyanın hazırlanması:

  1. Veb-Dizayner tərəfindən saytın mobil versiyasına uyğun dizayn hazırlanması (mobil-dizayn)
  2. Koder tərəfindən mobil versiya üçün kodlaşdırma (html kəsim)
  3. Mobil verisyanın inteqrasiya edilməsi